İstirahət texnikası

Şirkətimizin digər fəaliyyət sahəsi İstirahət Texnikasının satışı və xidmət olunmasıdır. Bizim texnikalar əsasən şəxsi məqsədlərlə istifadə olunduğuna baxmayaraq, yüksək keyfiyyəti və dözümlülüyü sayəsində kommersiya məqsədləri ilə də istifadə olunur. Məhsullarımızın sırasında su motosikletləri (hidrosikllar), yolsuzluq texnikası (kvadrosikllar və SSV), qar motosikletləri, katerlər və sifarişlə gətirilə bilən yaxtalar daxildir. İşimizi texnikanı satmaqla yekunlaşmır. Satılan bütün texnikaların təmir və xidmət olunması peşəkar servis əməkdaşlarımız tərəfindən yüksək səviyyədə həyata keçirilir.

Rec Boat Holdings

"Rec Boat Holdings" ABŞ-ın ən populyar kater istehsalçılarındandır. Miçiqan ştatının Kadillac şəhərində yerləşən şirkət özündə 4 brendi birləşdirir: Scarab, Glastron, Four Winns və Wellcraft. Hər ölçüdə, həm asma, həm də daxili mühərrikli, istər idman tipli istərsə də sakit səyahətlər üçün, müassir və klassik dizaynlı katerlər təklif olunur. 2014-cü ildə "Rec Boat Holdings" dünyada kater və yaxtalar bazarında ən geniş şirkətlər qrupu olan Beneteau Group tərkibinə keçmişdir.

Scarab

"Scarab" jet mühərrikli katerlərin istehsalında peşəkardır. Model sırasına yalnız "BRP Rotax" jet mühərrikli 150-600 at güclü katerlər aiddir. Bütün katerlərində istifadə olunan mühərriklər və idarəetmə sistemi "Sea-Doo" hidrosiklları ilə eynidir.

ƏTRAFLI

Glastron

60 ildən çoxdur istehsal olunan "Glastron" katerləri özünəməxsus stili ilə fərqlənir. Özündə performans, praktiklik və eleqantlılığı cəmləşdirən, 5 metrdən 8 metrə qədər uzunluqlu bu katerlər sizə unudulmaz ailəvi istirahət yaşadacaq.

ƏTRAFLI

Four Winns

Lyuks stilə malik katerlər və üstüaçıq yaxtalar təklif edən "Four Winns" 60 ildən çoxdur ki, istehsal olunmaqdadır. Hər detalı xüsusi diqqətlə hazırlanan məhsulları ilə "Four Winns" müştərilərinə istər idmansayağı istərsə də sakit səyahətdə unudulmaz anlar yaşadacaqdır.

ƏTRAFLI

Wellcraft

Balıqçılıq seqmentində ən tanınmış brend olan "Wellcraft" bu kateqoriyaya aid katerlər haqqda təsəvvürlərinizi kökündən dəyişəcək. Yenilənmiş "Fisherman" model cərgəsi ilə bu katerlər Amerikan stilinin bariz nümunəsidir.

ƏTRAFLI

Beneteau Group

Katerlər və yaxtalar istehsalında ən geniş və tanınmış şirkətlər qruplarından biri olan "Beneteau" əsası 1884-cü ildə Banjamin Beneteau tərəfindən Fransanın qərbində yerləşən Krou-de-Vie şəhərində qoyulmuşdur. Hazırda qrupun tərkibində 12 fərqli brend bir araya gəlir. Qrupun məhsulları əsasən Fransa və bəzi digər Avropa ölkələrində istehsal olunur. 2014-cü ildə "Rec Boat Holding" şirkətlər qrupunu öz tərkibinə daxil etməklə "Beneteau Group" yüksək keyfiyyəti və innovativliyi ilə rəqiblərindən fərqlənən dəniz texnikasının istehsalını ABŞ-da da davam etdirir.

Beneteau

Biri-birindən gözəl 45 modeldən ibarət model cərgəsi və ikonikliyi ilə dünya liderlərindən olan "Beneteau" aid olduğu qrupun ilk və hələdə flaqman brendlərindəndir.

ƏTRAFLI

Jeanneau

"Jeanneau" 60 ildən çoxdur ki, 5 - 20 metr aralığında uzunluğa malik istər asma istərsə də daxili mühərrikli katerlər, yaxtalar, eləcə də yelkənli qayıq istehsalında istisaslaşır.

ƏTRAFLI

Lagoon

1984-cü ildən bazarda olan "Lagoon" kruizer tipli katamaranlar təklif edir. 11-24 metr uzunluqlu 14 modellə "Lagoon" öz kateqoriyasında ən geniş model cərgəsinə malikdir.

ƏTRAFLI

Prestige

1989-cu ildən bəri bazarda mövcud olan "Prestige" yaxtaları "Flybridge" və "Sports" model cərgələrində 12 - 23 metr aralığında uzunluğa malik Yaxtalarını təqdim edir. Fəaliyyətdə olduğu müddətdə "Prestige" tərəfindən 4000-dən artıq müxtəlif yaxta istehsal olunmuşdur.

ƏTRAFLI

Monte Carlo Yachts

"Monte Carlo Yachts" özündə İtalyan dizaynı və sənətkarlığı ilə Fransız sənaye gücünü birləşdirməklə ən qabaqcıl yaxta istehsalçılarından biridir. Brendə aid bütün yaxtala dünyaca məşhur olan "Nuvolari" Lenard dizayn studiyası tərəfindən ərsiyəyə gətirilir.

ƏTRAFLI

CNB

"Beneteau Group" daxil olan "CNB" 18 - 60 metr uzunluqlu yelkənli yaxta istehsalçısıdır. 1987-ci ildən bəri fəaliyyətdə olan istehsalçı bütün dünya üzrə 100-dən artıq sifariş tamamlamışdır.

ƏTRAFLI

Excess

"Excess" tərəfindən istehsal olunan katamaranlar dizaynının sadəliyi və estetikliyi ilə rəqiblərini geridə qoyur. Qrupa aid digər brendlər kimi "Excess" yüksək keyfiyyət və innovativ texnologiyalara malik modellər təqdim edir.

ƏTRAFLI

Delphia

Əsası 1990-cı ildə Polşada Piotr və Wojciech Kot qardaşları tərəfindən yaradılan "Delphia" daha bir yaxta istehsalçısıdır. Model cərgəsinə 7 - 15 metr aralığında müxtəlif yelkənli və motorlu yaxtalar daxildir.

ƏTRAFLI

Chaparral Boats

"Chaparral" 1965-ci ildən bəri keyfiyyətli ailəvi katerlər istehsal edir. Əsası ABŞ-ın günəşli Mayami ştatının Fort Loderdeyl şəhərində qoyulan şirkət 1976-cı ildən bəri Tenessi ştatının Nəşvil şəhərində məskunlaşmışdır. 100 000 m2-dən artıq əraziyə malik zavodda 800-dən çox əməkdaş çalışır. Alıcılarına yalnız yüksək keyfiyyətli katerləri təklif etmək şirkətin hər bir əməkdaşı üçün prioritet məqamdır. "Chaparral" tərkibində istehsal olunan "Vortex" brendinə aid katerlərin model cərgəsində isə yalnız "BRP Rotax" jet mühərrikləri ilə təchiz olunmuş katerlərə yer ayrılmışdır.

Chaparral | Vortex

Larson Boats

Amerikanın qədim kater istehsalçılarından biri olan "Larson" 100 ildən fəaliyyət göstərməklə 2 Dünya Müharibəsinin şahidi olmuşdu, işçi heyyətində 4-cü nəsildə kater istehsalçıları çalışan bir brenddir. Bu günki Larson modelləri innovasiyalar və 1 əsrdən uzun olan təcrübənin ərsiyyəyə gətirdiyi ideal məhsullardır.

ƏTRAFLI