LVTong

"LVTong" 2004-cü ildən bəri fəaliyyət göstərməklə dünyanın ən qabaqcıl istehsalçılarından biridir. Təklif olunan müxtəlif təyinatlı elektrik nəqliyyat vasitələrimiz Çin, Yaponiya, ABŞ, Kanada, İtaliya istehsalçılarına aid ehtiyyat hissələrindən istifadə olunmaqla istehsal olunur. "LVTong" şirkəti "ItalCar" (İtaliya), "ICON" (ABŞ), "ECAR" (Avstraliya) kimi qolf maşınlarının istehsalçısıdır. Bizi rəqiblərimizdən fərqləndirən bir sıra məqamlar:

  • - Tanınmış istehsalçılara aid komponentlər
  • - Müassir standartlara uyğun istehsalat
  • - Bütün elementlərə aid olunan zəmanət
  • - Müassir dizayn və zahiri görünüş

Motor

5kW gücündə, 48V gərginlikli, ABŞ şirkətlərinə aid patentlər əsasında Çində istehsal olunan HSLT tipli mühərriklə bizim elektrik maşınlar heç kimi yarı yolda qoymayacaq.

ƏTRAFLI

Akkumulyator

ABŞ istehsalı olan "Trojan" markalı (qiymətə daxildir) və ya 2 dəfə daha uzunömürlü Litium tipli, Çin istehsalı olan "Ganfeng" markalı (əlavə ödənişlə) akkumulyator seçimi təxlif olunur.

ƏTRAFLI

Kontroller

Ən vacib element hesab olunan kontrollerlərimiz Yaponiyada "Toyota İndustries" aid "NEOS" markasına aiddir. Bu kontrollerlər sayəsində nəqliyyat vasitəsinin digər komponentləri "saat kimi" işləyəcək.

ƏTRAFLI

Şarj cihazı

"Delta-Q" şirkəti tərəfindən Kanadada istehsal olunan, maşının üzərinə quraşdırılmış şarj cihazlarına tam güvənərək gecə saatlarında da qoşulu saxlaya, səhər isə işə tam hazır başlaya bilərsiniz.

ƏTRAFLI