İzolyasiya və drenaj

Şirkətimiz İzolyasiya və drenaj sahəsində də geniş təcrübəyə sahibdir. Prinsip olaraq şirkətimiz yalnız yüksək keyfiyyətli və innovativ məhsullar təklif edən şirkətləri təmsil edir. Təklif etdiyimiz hidroizolyasiya məqsədli maye rezin məhsulları tikililərin damları, divarları və bünövrəsində, eləcə də süni göllər və çayların yaradılmasında istifadə oluna bilər. Bundan əlavə məhsulun tərkibində heç bir zərərli qatqılar olmadığından bu məhsul içməli su rezervuarlarının da hazırlanmasında istifadə oluna bilər. Həmçinin müştərilərimizə drenaj sistemləri və müxtəlif növ geotekstillər tə təklif edirik. Təklif etiyimiz geotekstillər yol tikintisi, landşaft dizaynı, sahillərin eroziyadan müdafiəsi, drenaj kanallarının yaradılması zamanı istifadə oluna bilər. Drenaj plyonkaları yaşıl damların yaradılması, səth sularının axıdılması və digər məqsədlər üçün ideal seçimdir.

Pazkar

Hidroizolyasiya sahəsində uzun illərdir ki, İsrailin “Pazkar” şirkəti ilə əməkdaşlıq edirik. Şirkətin təklif etdiyi əsas məhsul bitum əsaslı, iki komponentli maye rezin olan RapidFlex məhsuludur ki, bu məhsul uzun illər boyu tərəfimizdən sınaqdan keçirilmişdi. Yerləşdiyimiz binada da istifadə etdiyimiz RapidFlex məhsulu Füzuli meydanı (Qış parkı) layihəsində park sularının yeraltı dayanacağa axmasının qarşısını almaq üçün istifadə olunmuşdur. "Pazkar" şirkətinin istehsal etdiyi hidroizolyasiya məhsulları tikililərin damları, divarları və bünövrəsində, eləcə də süni göllər və çayların yaradılmasında istifadə oluna bilər. Bundan əlavə məhsulun tərkibində heç bir zərərli qatqılar olmadığından bu məhsul içməli su rezervuarlarının da hazırlanmasında istifadə oluna bilər.

ƏTRAFLI

DuPont Typar

"Typar" Kanadanın "DuPont" şirkətinin istehsal etdiyi, keyfiyyəti ilə seçilən geotekstil brendidir. Təklif etiyimiz geotekstillər yol tikintisi, landşaft dizaynı, sahillərin eroziyadan müdafiəsi, drenaj kanallarının yaradılması zamanı istifadə oluna bilər. Bundan əlavə xüsusi Typar geotekstilləri tikililərin bünövrəsinin ağacların köklərindən qorunması üçün istifadə oluna bilir.

ƏTRAFLI

Eurovent

Drenaj sistemləri istehsalçısı olan, Almaniyanın “Eurovent” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsiyik. “Eurovent” tərəfindən istehsal olunan drenaj plyonkaları yaşıl damların yaradılması, səth sularının axıdılması və digər məqsədlər üçün ideal seçimdir. Bundan əlavə "Eurovent" şirkətinin məhsulları arasında müxtəlif izolyasiya materialları, bünövrə plyonkaları və onların zəruri hissələri də mövcuddur.

ƏTRAFLI